Noy 17, 2017 10:21 Asia/Baku
  • Məmmədyarov müzakirələrdə irəliləyişə ümidvarlıq edib

Azərbaycan Respublikası xarici işlər naziri Moskvada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşün sonunda deyib: Dağlıa Qarabağ münaqişəsinin həlli müzakirələrində irəliləyişə ciddi ümidlər bəslənir.

İRNA-nın məlumatına görə, Elmar Məmmədyarov ötən gün Moskvada Minsk Qrupu həmsədrləri ilə müzakirələrinin nəticələrini qənaətbəxş adlandırıb və deyib: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yetərincə konstruktiv və substantiv müzakirə olmuşdur. 

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələri təxirə salmaq üçün hər hansı bəhanəni qəbuledilməz adlandırıb. 

Məmmədyarov həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müzakirələrin Vyanada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində davam edəcəyini bildirib. 

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan Respublikası əleyhinə ərazi iddiası nəticəsində başlanıb. 

Erməni və azərbaycanlı hərbçilərin qarşıdurması nəticəsində Azərbaycan Respublikasının Qarabağ və ətraf 7 rayonu Ermənistan qüvvələri tərəfindən işğal olunub. 

1994-cü il may ayında münaqişə tərəfləri arasında atəşkəs rejimi elan olunub və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə Minsk Qrupunun bu münaqişənin dinc yolla həlli istiqamətində vasitəçiliyi indiyə qədər bir nəticə verməmişdir. 

Teqlər