Noy 20, 2017 21:35 Asia/Baku
  • Azərbaycanlı azyaşlı İŞİD-çi təslim olub
    Azərbaycanlı azyaşlı İŞİD-çi təslim olub

Dünən "Əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan "Təhrir əş-Şam" qruplaşması Həma şəhərinin şərqində yerləşən Rəchan ərazisində İŞİD terrorçularını əhatəyə alıb.

İslamazeri.com-un "Eastnews.org"a istinadən verdiyi xəbərə görə, Aralarında xarici üzvlərin da olduğu onlarla terrorçu qarşıdurmasız "Təhrir əş-Şam" terrorçularına təslim olub.   "Təhrir əş-Şam" tərəfindən bu barədə yayımlanan videoda Qafqazdan və Orta Asiyadan olan terrorçuların da olduğu görülür. 

 

Videonun 53-cü dəqiqəsində özünü Yusif Azəri kimi təqdim edən azyaşlı İŞİD üzvü isə diqqət çəkib. 

 

Qeyd edək ki, bir neçə gün öncə Suriya ordusunun "İŞİD Ovçuları" xüsusi təyinatlılarının Deyr əz-Zorun Havicə Kəyt adasında əsir götürdüyü 250-yədək terrorçunun arasında çox sayda azərbaycanlı da olub.

 

Teqlər