Noy 24, 2017 15:33 Asia/Baku
  • Kürü balıqlarının ticarət üçün ovlanması qadağasının müddəti uzadılıb
    Kürü balıqlarının ticarət üçün ovlanması qadağasının müddəti uzadılıb

Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının iclası beştərəfli əməkdaşlıq protokolunun imzalanması ilə Azərbaycan Respublikasındakı işinə yekun vurub.

İranın Balıqçılıq Təşkilatınn Beynəlxalq və Qeyri-Hökumət Təşkilatları şöbəsinin direktoru Murtaza Mehranpur deyib: Xəzər dənizində kürü balıqlarının ovlanması qadağası 2010-cu ildə beş il müddətinə beş sahilyanı ölkənin prezidentlərinin razılığı ilə başlandı. Bu beş il keçdikdən sonra komissiyada iki il müddətini ovlanmanın qadağasının müddəti uzadılıb. Komissiyanın bu iclasında bu balıqların ticarət üçün ovlanması qadağasının 2018-ci ilin sonuna qədər müddətinin uzadılması təsdiqləndi. Bu müddətdə də ixracat olmayacaq və ovlanma sadəcə araşdırma və ehtiyatların bərpası fəaliyyətləri üçün mümkün olacaq.

Xəzər dənizi kürü balıqlarının ən önəmli məkanlarından biridiri. Statistikaya əsasən, kürü balıqlarının ovunun 85-90%-i Xəzər dənizinə aiddir. Bu da, son illərdə Xəzərdə kürü balıqları ehtiyatının kəskin şəkildə azalması ilə nəticələnib.

Teqlər