Noy 24, 2017 17:30 Asia/Baku
  • Naxçıvan Muxtar Respublikasında Ustad Fərşçianın əsərlərinin sərgisi
    Naxçıvan Muxtar Respublikasında Ustad Fərşçianın əsərlərinin sərgisi

İranın tanınmış incəsənət xadimi Ustad Fəşçianın incəsənət əsərləri Naxçıvan Muxtar Respublikasında sərgilənib.

İRİB-in məlumatına görə, İran İslam Respublikasının Naxçıvandakı baş konsulu deyib: Ustad Fərşçianın incəsənət əsərləri sərgisində "Əsillik və Yenilik" adı altında 30 miniatür əsəri İran mədəniyyəti və incəsənəti ilə maraqlananlar üçün sərgilənir. 

İran İslam Respublkasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım incəsənət xadimləri, mədəni və siyasi şəxsiyyətlərin iştirakı ilə keçirilən Ustad Fərşçianın incəsənət əsərləri sərgisində deyib: Ustad Fərşçianın mənəviyyatla dolğun əsərləri tarix boyu insan yaddaşlarında əbədiləşmişdir. 

Həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədr müavini Nizami Alıyev Ustad Fərşçianın mədəni şəxsiyyəti, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu da Türkiyə, İran və Azərbaycan Respublikası xalqları arasında sülh, dostluq və tanışlıqda mədəniyyət və incəsənət əsərlərinin rolu haqqında danışıblar. 

Teqlər