Dek 02, 2017 20:55 Asia/Baku
  • Qafqaz Müsəlmanları İdarəsində Vəhdət Həftəsi tədbiri keçirilib
    Qafqaz Müsəlmanları İdarəsində Vəhdət Həftəsi tədbiri keçirilib

Kainatın bərəkətli fəxri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) mövludu və Vəhdət Həftəsi ilə yanaşı Qafqaz Müsəlmanları İdarəsində tədbir keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının bir qrup din aliminin iştirak etdiyi tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) mövludu münasibəti ilə hamını təbrik edərək Vəhdət Həftəsinin əhəmiyyətini açıqlayıb və müsəlmanların birliyi və həmrəliyinin vacibliyini vurğulayıb.

Bu tədbirin davamında digər natiqlər də əziz islam peyğəmbərinin fəxrlə dolu həyatının xüsusiyyətlərini bəyan edərək, islam düşmənlərinin məkrli planları qarşısında müsəlmanların birliyinin vacibliyi, islam ayinlərinin yayılmasında din alimlərinin rolunu vurğulayıblar.

Bu tədbirdə həmçinin Quran-Kərimi azərbaycancaya tərcümə edən Vasim Məmmədəliyev və bir Quran-Kərim tədqiqatçısı mükafatlandırılıb.

Bu tədbir Həzrət Məhəmmədin (s.ə.s) tərifində mövludxanlıqla sona çatıb.

Teqlər