Yan 19, 2018 19:48 Asia/Baku
  • Azərbaycan Respublikası hərbçisi həlak olub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişə bölgəsində bir azərbaycanlı hərbçinin həlak olduğunu bildirib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Ermənistan hərbçilərinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində atışmada Azərbaycan Respublikası hərbçisi şəhid olub.

Həlak olan Azərbaycan Respublikası hərbçisi əsgər Manafov İbrahim Möhsün oğludur.

ABŞ, Rusiya və Fransanın birgə vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə təşkil olunan Minsk qrupunun fəaliyyətinə rəğmən indiyə qədər bu fəaliyyət heç bir nəticə verməyib. İki ölkənin 1994-cü ildə atəşkəs razılaşmasına baxmayaraq, atəşkəsin pozulması halı davam edir. Ötən il aprel ayında baş verən qarşıdurma isə hər iki tərəfdən 100-dən çox hərbçinin ölməsi ilə nəticələndi.