Yan 31, 2018 21:27 Asia/Baku
  • Saipa Avtomobilqayırma Şirkəti məhsullarını Azərbaycana ixrac edir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı ticarət attaşesi Saipa Avtomobilqayırma Şirkətinin məhsullarının Azərbaycana ixraca başlamasından xəbər verib.

İRNA-nın məlumatına görə, Məhəmməd İbrahim Nəqizadə deyib: İki ölkə arasında son aylarda aparılan müzakirələrlə Saipa Avtomobilqayırma Şirkətinin məhsullarının Azərbaycan Respublikasna ixrac edilməsi üzrə maneələr aradan qaldırılıb və Saina avtomobili bu ölkəyə ixrac olunub.

İranın Ticarət İnkişafı Təşkilatı bundan öncə İran və Azərbaycan Respublikası avtomobilqayırma şirkətinin qeydiyyata alındığını bidirərək əlavə edib: Tezliklə bu şirkət tərəfindən birgə beş avtomobil istehsal olunacaq.

Bu şirkət Azərbaycanın bir şirkətinin 75%-lik, İrankhodro Şirkətinin 25%-lik iştirak payı ilə qeydə alınıb və bu ilin sonuna qədər istismara veriləcəyi proqnoz olunur.

Teqlər