Fev 01, 2018 15:53 Asia/Baku
  • Bakıda inqilab zəngi çalınıb
    Bakıda inqilab zəngi çalınıb

İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin(r.ə) islami vətənə qayıdışının ildönümü günündə Bakıda iranlıların Vəliyi-Əsr(əc) təhsil kompleksində xüsusi mərasim keçirilib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Bu mərasimdə İmam Xomeyninin(r.ə) vətənə daxil olduğu tarixi anda məktəbin zəngi çalınıb və məktəblilər Allahu-Əkbər və Xomeyni rəhbər fəryadları ilə bu tarixi anı qeyd ediblər. Həmçinin bu mübarək gün münasibəti ilə mahnılar oxunub, teatr səhnəyə çıxarılıb və müsabiqələr təşkil olunub. 

Fəcr ongünlüyü mövzusunda qəzet sərgisi, xüsusiylə şəhid edilən nüvə alimləri və hərəm müdafiəçilərinin foto sərgisi mərasimə xüsusi cilvə bəxş edib. 

Mərasimin kənarında məktəblilərin əl işlərindən ibarət bir sərgi də təşkil olunub. 

Teqlər