Fev 11, 2018 18:16 Asia/Baku
  • Azərbaycan prezidenti iranlı həmkarını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikası prezidenti Həsən Ruhaniyə ünvanladığı məktubda İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü münasibəti ilə İran hökuməti və xalqını təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə ölkəsinin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir: “Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram”.