Fev 13, 2018 13:02 Asia/Baku
  • AR İranla əlaqələrin inkişafını vurğulayıb
    AR İranla əlaqələrin inkişafını vurğulayıb

Azərbaycan Respublikasının baş nazir müavini Bakıda İran İslam Respublikasının səfiri ilə görüşdə ikitərəfli əlaqələrin inkişafını vurğulayıb.

Azərbaycan Respublikasının baş nazir müavini Əli Əhmədov İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə ilə görüşdə deyib ki, iki ölkə əlaqələrinin yaxşılaşdırılması və genişləndirilməsi Bakı üçün böyük əhəmiyyət kəsb edir.

Əhmədov əlavə edib: Bütün dünya ölkələrilə qarşılıqlı və faydalı əlaqələrin bərqərarı Azərbaycan Respublikası hökumətinin xarici siyasət mehvəridir.

Cavad Cahangirzadə də bu görüşdə Tehran-Bakı əlaqələrinin inkişaf etməsinə toxunaraq, bildirib ki, iki ölkənin dostluğu və həmkarlığının genişlənməsi zəruridir.