Fev 14, 2018 10:53 Asia/Baku
  • İran və Azərbaycan rəsmilərinin görüşü
    İran və Azərbaycan rəsmilərinin görüşü

İran İslam Respublikasının Naxçıvandakı baş konsulu deyib: İran İslam Respublikasının dost və qardaş Azərbaycan Respublikası ilə əlaqələri habelə, iki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələr və əməkdaşlıqların əhəmiyyəti ilə bağlı qarşılıqlı anlayışın nişanəsi və dostluq əlaqələrinin dərinliyinə dəlalət edən fakt adlandırıb.

Mənsur Ayrım çərşənbə axşamı İran İslam İnqilabının qələbə çalmasının 39-cu ildönümü mərasimində və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşdə deyib: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin Tehrana olan son səfəri Naxçıvan və İranın gömrük, ticarət, tranzit, turizm, səhiyyə və dərman, birgə istehsal və digər sahələr üzrə çox yaxşı əməkdaşlıqlara malik oldğunu sübut etdi.

Vasif Talıbov da bu görüşdə İslam İnqilabının qələbə çalmasının ildönümü münasibəti ilə İran xalqı və dövlətini təbrik edərək, iqtisadi əlaqələr, gömrük əməkdaşlıqları, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və turizm sahələri üzrə İran və Naxçıvan arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsinə təkid edib.

Teqlər