Fev 16, 2018 10:06 Asia/Baku
  • İranın Cənub Qaz Dəhlizinə qoşulması haqda danışıqlara hazırlıq

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti deyib: Qurum İran İslam Respublikasının Cənub Qaz Dəhlizinə qoşulması üçün müzakirəyə hazırdır.

İRNA-nın məlumatına görə, Maros Şefçoviç cümə axşamı günü Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının sonunda mətbuat konfransında İranın hal-hazırda öz neft ixracatının həcmini artırmağa maraqlı olduğunu bildirərək deyib: İranın təbii qazının Avropaya nəqlinin gerçəkləşməsi üçün lazımi infrastrukturlar yaradılmalıdır. 

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi və enerji resurslarının çeşidlənməsi baxımından Avropa üçün strateji layihə adlandırıb və deyib: Bu layihənin icrası regionun enerji ehtiyatları ilə dolu mənbələrini əldə etməyə şərait yaradıb. 

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan Respublikasının Şahdəniz Qaz Yatağının 2-ci fazasının inkişafı, Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz boru kəməri, TANAP boru kəmərinin çəkilməsi, Albaniya, Yunanıstan və İtaliya vasitəsi ilə Trans-Adriatik qaz boru kəmərinə şamil olur. 

Azərbaycan Respublikasının Şahdəniz qaz yatağının ilk yükü Cənub Qaz Dəhlizi vasitəsi ilə 2018-ci ilin yayında Türkiyəyə, 2020-ci ildə də İtaliyanın cənubuna ixrac olunacaq. 

Teqlər