Fev 17, 2018 13:14 Asia/Baku
  • Bakı Moskvanın nigarançılığına reaksiya verib
    Bakı Moskvanın nigarançılığına reaksiya verib

Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü öz rus həmkarının bu ölkə prezidentinin İrəvanın Azərbaycan Respublikasına aid olmasına dair sözlərindən nigaran olmasını dərkedilməz adlandırıb.

Hikmət Haciyev Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin İrəvanın bu ölkəyə aid olmasına dair sözlərindən nigaran olmasına reaksiyada deyib: Strateji əməkdaşlıq sahəsində Bakı-Moskva münasibətlərinin yüksək səviyyədə olmasını nəzərə alaraq, Zaxarovanın Əliyev barədə bu formada fikir bildirməsi düzgün deyildir.

Mariya Zaxarova İlham Əliyevin sözlərinə reaksiyada belə deyib: Rusiya Azərbaycan Respublikasının Ermənistanla gərgin münasibətlərindən yaxşı xəbərdardır və Əliyevin baxışları bu münasibətlərin gərginliyinin azalmasına bir kömək etməyəcəkdir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev son zamanlar hakim "Yeni Azərbaycan" partiyasının altıncı qurultayında belə demişdi: İrəvan bizim tarixi torpağımızdır və biz Azərbaycan Respublikası vətəndaşları onu geri almalıyıq.

Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü əlavə edib: İlham Əliyevin yeritdiyi regional siyasət regional təhlükəsizlik xətərlərinin azaldılması, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də sülh və təhlükəsizliyə xidmət edir.

Teqlər