Fev 17, 2018 13:32 Asia/Baku
  • Bakıda dindar məhbusların hüquqlarını müdafiə üzrə yığıncaq keçirilib
    Bakıda dindar məhbusların hüquqlarını müdafiə üzrə yığıncaq keçirilib

Siyasi və ictimai dairələrin bir qrup nümayəndəsinin iştirakı ilə Bakıda Azərbaycan Respublikasının məhbus dindarlarının hüquqlarını müdafiə üzrə yığıncaq keçirilib.

Məhbus ailələri və ziyalılardan bir qrupunun da iştirak etdikləri bu yığıncaqda Azərbaycan Respublikası Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bu ölkədə islamçılarla əsassız rəftarlara və onların yatırılmalarına toxunaraq, deyib: Bu məsələ Azərbaycan Respublikası Ziyalılar Birliyini və Məhbus Dindarların Hüquqlarını Müdafiə Komitəsini nigaran edir və biz bu yığıncaqda dindarların həbs edilmələrinə qarşı etirazımızı bildirərək, onların azadlığa buraxılmalarının həll yolları və zəminlərini araşdırır və onların azad edilmələrini istəyirik.

O, əlavə edib: Dindar məhbuslar mənəvi və əxlaqi dəyərləri qorumağa çalışıblar və onların zərrə qədər də olsun, günahları yoxdur.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli də bu yığıncaqda dindar məhbusların günahsızlığını və onların hüquqlarının qorunmasını vurğulayaraq, belə əlavə edib: Biz bu yığıncaqları keçirmək, eyni zamanda, apellyasiya məhkəməsinə, ali məhkəməyə və sonda insan haqları üzrə beynəlxalq məhkəmələrə şikayət yolu ilə hüquqi prosesi keçərək, onların azadlığını izləyəcəyik.

O, sonra deyib: Biz bu sahədə öz borcumuz bilirik ki, ədalətin bərqərarı və dindarların azadlığına zəmin yaratmaq üçün səy göstərək və ümid edirik ki, Allah-Taalanın lütfkarlığı ilə onların hamısının azadlığı günü gəlib çatacaqdır.

Yığıncağın davamında iştirakçıların hər biri dindar məhbusların azadlığı və onların hüquqlarının müdafiəsinə zəminin yaradılması barədə öz baxışlarını elan edibdir.

Teqlər