Fev 18, 2018 10:38 Asia/Baku
  • Azərbaycan və Britaniya arasında hərbi əməkdaşlıq proqramı imzalanıb

Azərbaycan Müdafiə Nazirliyi Britaniya ilə birgə hərbi əməkdaşlıq proqramının imzalanmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Azərbaycanın Müdafiə Nazirliyi şənbə günü bir məlumat yayaraq, Londonda keçirilən iclasda Britaniyanın Müdafiə Nazirliyi ilə aparılan danışıqların sonunda iki ölkənin 2018 və 2019-cu illər üçün birgə hərbi əməkdaşlıq proqramının imzalanmasından xəbər verib. 

Bu məlumata görə, Azərbaycan və Britaniya arasındakı hərbi əməkdaşlıqların hazırkı durumu və perspektivi bu iclasda müzakirə edilib, hərbi təlimlərin təşkil edilməsi və regional təhlükəsizlik məsələlər barədə fikir mübadiləsi aparılıb. 

 

Teqlər