Mart 16, 2018 20:03 Asia/Baku
  • Azərbaycan R-nın beynəlxalq hava limanlarında iranlılara viza verilir
    Azərbaycan R-nın beynəlxalq hava limanlarında iranlılara viza verilir

Azərbaycan Respublikası dövlətinin qərarına əsasən, bu gündən etibarən, İran İslam Respublikasının vətəndaşlarına hava limanı vizası bu ölkənin beynəlxalq hava limanlarında verilir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə IRIB müxbiri ilə eksklüziv müsahibədə bu xəbəri verərək, deyib: İran İslam Respublikasının xarici işlər naziri doktor Zərifin martın on beşində Azərbaycan Respublikasının prezidenti ilə görüşündən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu gün İran İslam Respublikasının səfirliyinə göndərdiyi rəsmi bildirişdə Bakı beynəlxalq hava limanına və bu ölkənin digər beynəlxalq hava limanlarına daxil olarkən İran İslam Respublikasının vətəndaşlarına hava limanı vizasının tətbiq ediləcəyini qeyd edibdir. Cənab Cahangirzadə əlavə edib: Bu rəsmi bildirişə əsasən, həmin qərar bu gündən etibarən qüvvəyə minir və İran vətəndaşları bu ölkəyə olacaq hava səfərləri zamanı daha Azərbaycan Respublikasının İrandakı nümayəndəliklərinə müraciətə ehtiyac duymayacaq və öz vizalarını bu ölkəyə daxil olarkən beynəlxalq hava limanlarında ala bilərlər.

Teqlər