Mart 18, 2018 18:53 Asia/Baku
  • İranlı gimnast 4-cü yeri tutdu
    İranlı gimnast 4-cü yeri tutdu

Bakıda ümumdünya yarışlarda iranlı gimnast Səid Rza Keyxa 4-cü yeri qazanıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Səid Rza Keyxa bu gün Bakı ümumdünya yarışlarının final mərhələsində 8 rəqibi ilə yarışdan sonra 566.14 bal qazanaraq Çin, Taivan və Yaponiyadan sonra 4-cü yerdə durub. 

Keyxanın dünya səviyyəli nailiyyəti isə öz adına iki yeni hərəkəti olub. Beləliklə də o gimnastika sahəsində özü və İranın adına qeydə aldırdığı yeni fənlərin sayını 4-ə çatdırıb. 

Bakı yarışlarında beynəlxalq federasiyanın nümayəndəsi Juliya Markos Rza Keyxanın yeniliklərini yüksək qiymətləndirib.