Mart 18, 2018 20:51 Asia/Baku
  • Azərbaycanda prezident seçkiləri 8 namizədin iştirakı ilə keçiriləcək
    Azərbaycanda prezident seçkiləri 8 namizədin iştirakı ilə keçiriləcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası cari il prezident seçkiləri üçün 8 namizədin iştirakına vəsiqə verib.

BakuPost internet portalının verdiyi məlumata görə, MSK səkkiz nəfərin o sıradan hazırkı prezident və Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Demokrat Partiyasının rəhbəri Araz Əlizadənin namizədliyini təsdiq edib. 

Azərbaycan Respublikasında 8-ci prezident seçkiləri cari il aprelin 11-də keçiriləcək. 

Teqlər