Apr 20, 2018 13:30 Asia/Baku
  • İran və Azərbaycan R-nın film və teatr üzrə həmkarlıq perspektivləri araşdırılıb
    İran və Azərbaycan R-nın film və teatr üzrə həmkarlıq perspektivləri araşdırılıb

Aprelin 18-də İranın Bakıdakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə mərkəzin akt zalında İran və Azərbaycan Respublikasının film və teatr üzrə həmkarlıq perspektivlərinin araşdırılması adı altında yığıncaq keçirilib.

Azərbaycan Respublikasının film və teatr xadimlərindən bir qrupunun iştirakı ilə keçirilən bu mərasimdə öncə İranın mədəniyyət attaşesi Əsğər Farsi iki xalq arasındakı mədəni, tarixi və hətta ictimai ortaqlıqların bütün mədəniyyət, xüsusən film və teatr sahələrində hər cür əməkdaşlığa zəmin yaratdığını bildirib.

O, həmçinin kino və teatrın iki xalqın yaxınlaşmasındakı rolunu vurğulayaraq, həmin mərasimin keçirilməsində məqsədi, bu əlaqələrin daha da genişləndirilməsi üzrə həll yollarının tapılması adlandırıb.

Azərbaycan Respublikası Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev də belə bir yığıncağın keçirilməsindən məmnunluq ifadə edərək, son illərdə, Tehranda keçirilən Fəcr teatr festivalında Azərbaycan Respublikası teatrının iştirakının araşdırlmasına nəzər salıb və bu sahədə münasibətlərin genişləndirilməsi zərurətini vurğulayıbdır.