Apr 20, 2018 15:06 Asia/Baku
  • Bakı sionist rejim səfirliyi işçilərinin pis rəftarlarından təəssüflənib
    Bakı sionist rejim səfirliyi işçilərinin pis rəftarlarından təəssüflənib

Azərbaycan Respublikasının xarici işlər nazirliyi sionist rejimin Bakıdakı səfirliyinin Azərbaycan Respublikası vətəndaşları ilə pis rəftarını tənqid edərək, diplomatik və konsulluq münasibətlərində Vyana Konvensiyasına riayəti zəruri adlandırıb.

Azərbaycan Respublikasının xarici işlər nazirliyi bu gün belə vurğulayıb: Azərbaycan Respublikası hökuməti diplomatik və konsulluq münasibətlərinə əsaslanan xarici səfirliklər və baş konsulluqlarının fəaliyyətlərinin təhlükəsizliyinin təmini üçün bütün lazımı addımları atır.

Azərbaycan Respublikasının xarici işlər nazirliyi bildirib: Təəssüflər olsun ki, bəzi diplomatik nümayəndəliklərdə viza almaq istəyən vətəndaşlarla diplomatik etikaya sığmayan kobud rəftarlar barədə çoxlu sayda məlumat və şikayətlər Azərbaycan Respublikasının xarici işlər nazirliyinə daxil olur.

Bu məlumata görə, sionist rejimin Bakıdakı səfirliyində pis rəftarla üzləşmiş çoxlu sayda şəxs də sosial şəbəkələrdə bu məsələyə reaksiya veribdir.