Apr 20, 2018 20:37 Asia/Baku
  • "Xalqların mədəniyyət və sivilizasiyalarının təqdimatı" sərgisində İran paviloyunu rəğbətlə qarşılanıb

Azərbaycan Respublikasının Diplomatiya Universitetində İran İslam Respublikası daxil olmaqla qırxa yaxın ölkənin iştirakı ilə "Xalqların mədəniyyət və sivilizasiyalarının təqdimatı" sərgisi keçirilir.

Bu sərgidə müxtəlif ölkələrin imkanları, o sıradan mədəni-bədii qabiliyyətləri və əl işləri sənayesi tamaşaçılara təqdim edilir.

İranın Azərbaycan Respublikasındakı mədəniyyət attaşesi Əsğər Farsi deyib: Bu sərgi İranın görməli yerləri, dini, turist və mədəni cazibədarlıqlarını təqdim etmək məqsədilə keçirilib və onda müxtəlif əl işləri, İranşünaslıq albomları və ölkəmizin cazibədarlıqları İranın ənənəvi şirniyyatları və yeməkləri ilə yanaşı sərgilənib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıbdır.

O, əlavə edib: Bu sərgidə həmçinin digər ölkələrin tələbələrinin tanışlığı üçün iranlı tələbələrin səylərinin məhsulu olan İranın yeni elmi və universitet nailiyyətləri nümayiş etdirilir.

Bu sərgi Azərbaycan Respublikasının Diplomatiya Universiteti tələbələrinin müxtəlif ölkələrin mədəniyyət və sivilizasiyaları ilə tanışlığı məqsədilə hər il keçirilən yeddinci sərgidir.