Apr 22, 2018 12:30 Asia/Baku
  • İran və Azərbaycan universitetləri arasında əməkdaşlıq sənədi imzalanıb
    İran və Azərbaycan universitetləri arasında əməkdaşlıq sənədi imzalanıb

Bakıda İranın Xarəzmi Universiteti ilə Bakı Neft Universiteti arasında əməkdaşlıq sənədi imzalanıb.

İRNA-nın verdiyi məlumata görə, əməkdaşlıq sənədi İranın Xarəzmi Universitetinin rektoru Əbdürrəhim Nəvə İbrahim və Azərbaycan Respublikasının Bakı Neft Univesitetinin rektoru Mustafa Babanlı tərəfindən və İranın Bakıdakı attaşesi Əsğər Farsinin iştirakı ilə imzalanıb. 

Sözü gedən universitetlər arasında əməkdaşlıq sənədi müəllim və tələbə mübadiləsi eləcə də müştərək təlim kurslarının təşkilini əhatə edir. 

İki universitet arasında əməkdaşlq sənədinə əsasən tərəflər texniki mühəndislik təcrübələrinin mübadiləsi, tədqiqatların elmi səviyyəsinin yüksəldilməsi, tələbələrin qarşılıqlı baxış keçirmələri və ixtisas iclaslarının keçirilməsi sahələrində əməkdaşlıq aparacaqlar. 

 

Teqlər