Apr 24, 2018 14:24 Asia/Baku
  • Azərbaycan Respublikasının yeni hökumətindəki dəyişikliklər
    Azərbaycan Respublikasının yeni hökumətindəki dəyişikliklər

İlham Əliyevin 8-ci prezident seçilərində qələbə qazanmasından sonra Azərbaycan Respublikasının yeni hökuməti müəyyən dəyişikliklərlə təşkil olunub.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev şənbə günü prezidentin beynəlxalq əlaqələr üzrə 71 yaşlı köməkçisi vəzifəsində fəaliyyət göstərən Novruz Məmmədovu baş nazir təyin etdi. O 83 yaşlı baş nazir Artur Rasizadəni əvəz etdi.

Yeni nazirlər kabineti həmçinin baş nazirin bəzi müavinləri o sıradan Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov vəzifələrini davam etdirə bilməyiblər. 

İlham Əliyev həmçinin bir fərman imzalayaraq Muxtar Babayevi ekologiya və təbii sərvətlər naziri, Sahil Babayevi məmək və əhalinin sosial təminatı naziri, İnam Kərimovu kənd təsərrüfatı naziri, Səfər Mehdiyevi Dövlət Gömrük Komitəsinin sədri, Vüsal Hüseynovu Dövlət Miqrasiya Komitəsinin sədri və Fuad Muradovu xaricdə yaşayan azərbaycanlıların işi üzrə dövlət kimitəsinin sədri vəzifələrinə təyin edib. 

İlham Əliyevin fərmanına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , turizm üzrə yeni dövlət qurumu ilə əvəz edilib.