May 11, 2018 10:37 Asia/Baku
  • Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı, demək olar ki, tam razılıq əldə olunub
    Xələf Xələfov: Xəzərin hüquqi statusu ilə bağlı, demək olar ki, tam razılıq əldə olunub

Azərbaycan xarici işlər nazirinin müavini Xəzərin hüquqi statusu ilə bağlı sahil ölkələri arasında tam razılığın əldə olunduğunu deyib.

İRNA-nın məlumatına görə, Xələf Xələfov cümə axşamı Bakıda jurnalistlər qarşısında verdiyi açıqlamada dediyinə görə, Konvensiyanın hazırlanması istiqamətində işlər, demək olar ki, yekunlaşıb.

Nazir müavini deyib: "Mayın 20-dən sonra Qazaxıstan paytaxtı Astanada İşçi Qrupun görüşü keçiriləcək. Ondan sonra isə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısı olacaq. Deyə bilərəm ki, tərəflərin konvensiyanın qəbul olunması üçün siyasi iradəsi var və əgər sammit baş tutsa, bu sənəd mütləq imzalanacaq".

Xəzərin sahilində  yerləşən 5 ölkənin işçi qrupları indiyə kimi Konvensiyanın hazırlanması istiqamətində 49 iclas təşkil edib və indiyə kimi 4 dəfə ölkə başçıları səviyyəsində iclas keçirilib. 

Teqlər