May 19, 2018 12:36 Asia/Baku
  • Azərbaycan rus rəsmisinin Qarabağ
    Azərbaycan rus rəsmisinin Qarabağ "nümayəndələri" ilə görüşünə etiraz edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü rus rəsmisinin "Dağlıq Qarabağ Respublikası" "nümayəndələri" ilə görüşünə reaksiyada Bakının ciddi etirazı və narahatlığını Rusiya Xarici İşlər Nazirliyinin diqqətinə çatdırıb.

Qafqaz informasiya agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirlyiinin sözçüsü Hikmət Hacıyev cümə günü bu görüşə etiraz olaraq bildirib: Belə hərəkətlər davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın yaradılmasına heç bir kömək etmir, üstəlik regionda gərginliyi artırır. 

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə idarəsinin rəisi Aleksey Pavlovski separatçı Abxaziyanın rəhbəri Raul Xacimba, "DQR", Dnestryanı və Cənubi Osetiya nümayəndələri ilə Abxaziya Xarici İşlər Nazirliyinin təsis olunmasının 25-ci illiyi tədbirinin kənarında görüşüb. 

SSRİ-nin keçmiş respublikalarının müstəqilliklərindən sonra, yenicə təsis olunan Azərbaycan, Gürcüstan və Moldova kimi ölkələrin bəzi vilayətləri mərkəzi hökumətdən müstəqil olmalarını istəyiblər. 

Azərbaycan, Gürcüstan və Moldova rəsmiləri bu separatçıların təhrik olunmasında Rusiyanın əlinin olduğunu bildirirlər. 

Teqlər