May 21, 2018 19:36 Asia/Baku
  • Bakıda partlayış baş verib
    Bakıda partlayış baş verib

Yerli mənbələr Bakıda güclü partlayışın baş verməsindən xəbər veriblər. Hadisədə ölən və yaralananların olduğu bildirilir.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Azərbaycanın Səhiyyə Nazirliyi bildirib: Bazar ertəsi günü Bakı şəhərində baş verən partlayışda 2 nəfər həyatını itirib. Daha bir neçə nəfər isə xəsarət alıb.

Daxil olan məlumatlara görə, bu partlayış Binəqədi rayonunda çayxana kimi istifadə edilən bir tikilidə qaz balonunun partlaması nəticəsində baş verib. Yaralılar xəstəxanaya köçürülüb.

Azərbaycanın Səhiyyə Nazirliyi hadisədə xəsarət alan iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Teqlər