May 24, 2018 13:46 Asia/Baku
  • Azərbaycanlı turistlərin İrana səfəri 11% artıb

Azərbaycan Respublikasından İran İslam Respublikasına gələn turistlərin sayı 2018-ci il yanvar-aprel aylarında 11% artıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qeyd olunan müddət ərzində İrana səfər edən azərbaycanlıların sayı ötən ilin analoji dövri ilə müqayisədə 11% artıb, Azərbaycandan Türkiyəyə səfər edən şəxslərin sayı 16%, Gürcüstana 3,6% və Rusiyaya 1,1% azalmışdır.

Qeyd olunan zaman ərzində Azərbaycan Respublikasına səfər edən iranlı turistlərin sayı 5,4% azalıb.

Məlumata əsasən, başqa ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,1% artımla 1 milyon 289 nəfərə çatıb.

Məlumata görə, bu müddət ərzində başqa ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 31,3%-i Gürcüstan, 27,7%-i İrana, 21,9%-i Rusiyaya, 12,2%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,4%-i Birləşmiş Ərəb Əmirliklərinə və 3,8%-i başqa ölkələrə səfər etmişdir.

Azərbaycan Respublikasına səfər edən turistlərin sayı isə 847.6 min nəfər olub. Ötən ilin analoji dövrü ilə müqayisədə 13% artımın olduğunu göstərir.