May 24, 2018 19:20 Asia/Baku
  • Azərbaycanda 634 nəfər əfv olunub

Azərbaycan Respublikası prezidenti 634 məhbusun əfv olunmasına dair sərəncam imzalayıb.

İRİB-in APA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezident Administrasiyasına bağlı Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bu xəbəri bildirərək deyib: Bu sərəncam 634 nəfərə şamil olur. Əfv olunanlar arasında Nardaran məhkumları və şair Saday Şəkərli də var. 

İslamınsesi xəbər portalı da bildirib ki, əfv olunanların arasında 12 siyasi məhbusun da adı görünür.

Azərbaycan Respublikası prezidentinin əfv sərəncamı 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin təsis olunmasının 100 illiyi münasibəti ilə bu gün günortadan sonra verilib.