İyun 13, 2018 11:11 Asia/Baku
  • Azərbaycanda kütləvi zəhərlənmə
    Azərbaycanda kütləvi zəhərlənmə

iyunun 11-də Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.  24 nəfər xəstəxanaya yerləşdirilib.

Bakı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə yerləşdirilən xəstələrin sayı səkkizə çatıb.

 Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qeyd edib ki, ilkin nəticəyə görə, xəstələr pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədilə istifadə edilən kimyəvi maddədən zəhərləniblər:

“Təsiri az olduğu üçün zəhərlənmə güclü olmayıb”.

Faktla bağlı cinayət işi başlanıb.

Gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.

 

Teqlər