İyun 22, 2018 16:23 Asia/Baku
  • Bakıda karate üzrə beynəlxalq turnir start götürüb
    Bakıda karate üzrə beynəlxalq turnir start götürüb

Azərbaycan Respublikası paytaxtı Bakı şəhərində Xəzər və Qara dəniz ölkələri arasında Karate üzrə Beynəlxalq Turnir İran da daxil olmaqla 12 ölkədən 600 idmançının iştirakı ilə start götürüb.

İRİB-in Bakıdakı ofisinin verdiyi məlumata görə, turnirdə idmançılar kumite və kata növündə iki gün müddətinə medal uğrunda mübarizə aparacaqlar.

İran İslam Respublikasından müxtəlif yaş qruplarında 9 qadın və 17 kişi olmaqla 26 idmançı turnirə qatılıb.

İranın kişilərdən ibarət yığma komandasının baş məşqçisi Əbülfəzl Çalaki turnirdə iştirak edən iranlı idmançıların əksəriyyətinin çempion olduğunu bildirərək ümidvarlıq edib ki, İran İslam Respublikası komandası bu beynəlxalq turnirdə uğurlu nəticələr əldə edəcək.

Teqlər