İyun 23, 2018 19:16 Asia/Baku
  • İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi keçiriləcək
    İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi keçiriləcək

İran İslam Respublikasının Azərbaycan Respublikasında mədəniyyət həftəsi İranın islami mədəniyyət və irşad naziri və ölkəmizin bir qrup incəsənət xadiminin iştirakı və müxtəlif mədəni proqramların icra edilməsi ilə Bakıda və Gəncədə başlanacaq.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi Bakıda İran medialarının nümayəndələri və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin müxbirlərilə birgə mətbuat konfransında bu xəbəri verərək deyib: Bu mədəniyyət həftəsi iki ölkənin mədəni əməkdaşlıqlarının genişləndirilməsi hədəfilə və ötən il Azərbaycan Respublikasının İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində mədəniyyət həftəsinin keçirilməsinin ardınca bu il də Azərbaycan Respublikasında keçiriləcəkdir.