İyun 27, 2018 11:37 Asia/Baku
  • Azərbaycan hərbi büdcəsini artırır
    Azərbaycan hərbi büdcəsini artırır

Azərbaycan prezidenti ölkənin hərbi büdcəsinin artırılmasından xəbər verib.

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradda etdiyi çıxışında Azərbaycanın hərbi büdcəsinin 15 dəfə artırılmasından xəbər verib.

Azərbaycanın hərbi büdcəsi 2003-cü ildə 300 milyon dollardan, 2016-cı ildə 5 milyard dollara çatdırılıb.

Prezident İlham Əiyev həmçinin, Azərbaycanın heç vaxt Qarabağdan vaz keçməyəcəyini və beynəlxalq hüquq əsasında Qarabağın Azərbaycana aid olduğunu vurğulayıb.

Azərbaycan prezidenti daha sonra BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq işğal edilmiş əraziərdən çıxmalı olduğunu söyləyib.

İlham Əliyev Ermənistanda Nikol Paşinyanın yeni baş nazir təyin olunması və onun Qarabağ ermənilərinin də münaqişənin tənzimlənməsi üzrə danışıqlarda iştirak etməli olmasına dair açıqlamaları ilə Bakı və İrəvan arasındakı fikir ayrılıqlarının daha da dərinləşdiyini bildirib.

Teqlər