İyun 30, 2018 07:57 Asia/Baku
  • Bakıda çox sayda avtomobil yanıb
    Bakıda çox sayda avtomobil yanıb

Bakıda dayanacaqda 51 avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə,Bakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

 

Teqlər