İyul 06, 2018 14:35 Asia/Baku
  • Yardımlı meşələrində yanğın davam edir
    Yardımlı meşələrində yanğın davam edir

Azərbaycan Respublikasının Yardımlı rayonunda meşə ərazilərində çıxan yanğın hələ də davam edir.

İranın Teleradio Təşkilatının Bakı ofisinin verdiyi məlumata görə, yanğın dünən Yardımlı rayonunun Şıxlar kəndinin keçilməz meşəlik ərazilərində başlanıb. Ərazinin keçilməz və havanın küləkli olması yanğının söndürülməsi əməliyyatını çətinləşdirir.

Bu məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yüz əməkdaşı, 180 meşəçi, yerli sakinlərdən 60 nəfər habelə, 3 ədəd yanğınsöndürmə maşını, bir ədəd "Amfibiya" helikopteri və bir neçə aeroplan yanğının söndürülməsi əməliyyatına cəlb edilib.

Hələ ki, nə qədər ərazinin  yanğına məruz qaldığına dair məlumat  yayılmayıb.

Yardımlı rayonu İranın Ərdəbil vilayətinin Germi şəhəri ilə sərhəd məntəqədə yerləşir.

Teqlər