İyul 12, 2018 16:57 Asia/Baku
  • Bakıda yoll qəzası nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb

Yük maşınının avtobusa çırpılması nəticəsində bir nəfər həlak olub, 15 nəfər də yaralanıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, hadisə bu gün Qaradağ rayonunda baş verib. Yük maşınının avtobusa çırpılması nəticəsində avtobus aşıb, 16 nəfər ölüb və yaralanıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin szçüsü Pərviz Əbubəkirov bu haqda deyib: Həlak olan şəxs hadisə yerində keçinən qadındır. 15 yaralıdan 11 nəfəri müalicə məntəqələrinə aparılıb, iki nəfər də müalicə olunub, evə buraxılıb.

İlkin araşdırmalara görə, yük maşını sürücüsünün yuxulu olması hadisənin baş verməsinə səbəb olub.