İyul 13, 2018 13:20 Asia/Baku
  • İrandan Azərbaycana dərman ixracatı artıb
    İrandan Azərbaycana dərman ixracatı artıb

İranın səhiyyə naziri İrandan Azərbaycana dərman ixracatının artmasından xəbər verib.

İranın səhiyyə naziri Seyid Həsən Qazızadə cümə günü Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdən sonra iki ölkənin bütün sahələr üzrə çox yaxşı əlaqələrə malik olduğunu bildirib və deyib: Ümidvaram lazımi şəraitin yaradılması ilə İran Azərbaycana dərman ixracatını daha da artırsın.

İranın səhiyyə naziri həmçinin, iki ölkə başçılarının əlaqələrin genişləndirilməsi üzrə siyasi iradələrinə və iki ölkə xalqlarının qarşılıqlı istəyinə işarə edərək, İran və Azərbaycan arasında birgə investisiya qoyuluşu habelə, elm və təcrübə mübadiləsinin artırılmasını istəyib.

İranın səhiyyə naziri cümə axşamı Bakıya səfər edib. Bu görüşdən öncə Seyid Həsən Qazızadə Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə də görüşüb, danışıqlar aparmışdı.

Teqlər