İyul 15, 2018 19:21 Asia/Baku
  • Azərbaycan silahlı qüvvələri bir Ermənistan hərbçisini əsir alıblar
    Azərbaycan silahlı qüvvələri bir Ermənistan hərbçisini əsir alıblar

Azərbaycan silahlı qüvvələri Ermənistanın diversiya qrupunun nüfuzunu önləməklə yanaşı, bu diversiya qrupunun bir üzvünü əsir alıblar.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Azərbaycanın Müdafiə Nazirliyi bildirib: Bu gün səhər xüsusi bir əməliyyat zamanı Ermənistanın bir neçə nəfərdən ibarət kəşfiyyat-diversiya qrupunun Qazax rayonu istiqamətində Azərbaycan ərazisinə nüfuz cəhdi önlənilib və erməni kəşfiyyatçılardan biri əsir alınıb.

Bu diversiya qrupu təmas xəttindən keçərək, Azərbaycan ərazisinə nüfuz etməyə cəhd göstərib.

Bu məlumata görə, əsir alınmış şəxs 1984-cü il təvəllüdlü Karen Kazaryan adlı Ermənistan hərbçisidir.

Bu əməliyyat zamanı Azərbaycan silahlı qüvvələri tələfat verməyi, xəsarət alan da yoxdur.