İyul 16, 2018 07:50 Asia/Baku
  • İran Azərbaycan R. və Naxçıvan ilə gömrük razılaşmaları imzalayıb
    İran Azərbaycan R. və Naxçıvan ilə gömrük razılaşmaları imzalayıb

İran gömrüyü Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası ilə ticarəti genişləndirmək və asanlaşdırmaq üçün tərəflərin hər biri ilə ayrıca əməkdaşlıq razılaşması imazalyıb.

İran gömrüyünün baş direktoru Forud Əsgəri dünən Azərbaycan Respublikası gömrük idarəsinin rəisi Səfər Mehdiyev və Naxçıvan Muxtar Respublikası ali məclisinin sədri Vasif Talıbov ilə görüşlərdə gömrük problemlərinin həlinin sürətləndirilməsini vurğulayıb.

İran İslam Respublikası gömrük idarəsinin baş direktoru Azərbaycan Respublikasının gömrük işçiləri üçün insan alverinin və narkotik maddələrin aşkar edilməsi üzrə təlim kurslarının keçirilməsi təklifini verib. Təklif qarşı tərəfin rəğbətinə səbəb olub.

İran İslam Respublikası gömrük idarəsinin baş direktoru və Naxçıvan Muxtar Respublikası ali məclisi sədrinin görüşündə isə tərəflər sığorta haqqının eyniləşdirilməsi, Biləsuvar və Astara gömrükləri əməliyyatlarının sutkalıq icrası, gül-bitki və diri mal-qara tranziti üçün Poldəşt gömrüyündə karantin məmurlarının iştirakı, məxsus müsafirlərin gediş-gəlişi üçün xüsusi xətt lisenziyasının verilməsi və viza verilməsinin asanlaşdırılmasını vurğulayıblar.

Teqlər