İyul 16, 2018 15:44 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi
    İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi

“İran İslam Respublikası zorakılığı həmişə pisləyir, biz bu hərəkəti qınayırıq və ümid edirik ki, onun səhhəti tezliklə yaxşılaşacaq”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün keçirdiyi mətbuat konfransında Gəncə icra başçısına sui-qəsdlə ilə bağlı münasibət bildirərkən deyib.

“Ümid edirik ki, dünyada, xüsusən də qonşu ölkələrdə belə hadisələrin baş verəcəyini müşahidə etməyəcəyik. Biz qonşu ölkələrin sülh və sabitlik şəraitində inkişaf etməsində maraqlıyıq. Düşünürük ki, qonşu ölkələrin sabitliyi bütün regionun sabitliyidir. Bu hadisəni pisləyirik və bildiririk ki, son həftələr ərzində İran İslam Respublikası əleyhinə müəyyən mərkəzlər tərəfindən hesablanmış, konkret psixoloji müharibə başladılıb. Hazırlıq işləri görərək, yalan xəbərlər quraraq, İslam Respublikası əleyhinə müxtəlif ittihamlar irəli sürürlər. Dostlarımızdan istəyimiz budur ki, İranın düşmənlərinin psixoloji müharibəsinə diqqət yetirsinlər və ayıq olsunlar”, - deyə o, vurğulayıb.

 

 

 

Teqlər