İyul 23, 2018 16:26 Asia/Baku
  • İranın 2 gəmisi Azərbaycan Respublikasına ezam olunacaq
    İranın 2 gəmisi Azərbaycan Respublikasına ezam olunacaq

İran İslam Respublikası Ordusu Dəniz Qoşunlarının komandanı Azərbaycan Respublikasında raketan və hərbi gəmilərin kubokunun keçirilməsinə toxunaraq deyib: Ordunun Dəniz Qoşunlarının iki gəmisi Azərbaycan Respublikasına ezam olunacaq.

Admiral Hüseyn Xanzadi bazar ertəsi günü bu kubokun keçirilməsində məqsədi Xəzəryanı ölkələrin Dəniz Qoşunları arasında həmrəylik adlandırıb və deyib: Bu yarışlar müxtəlif ölkələrdə Dəniz Kuboku çərçivəsində keçiriləcək. İranda hərbi dalğıcların turniri ilə yanaşı Azərbaycan Respublikasında raketatan və hərbi gəmilərin kuboku təşkil olunacaq. 

İran Ordusu Dəniz Qoşunları komandanı əlavə edib: Bu istiqamətdə İran İslam Respublikası Ordusu Dəniz Qoşunları iki gəmisini bu kubokda iştirak etmək üçün sabah Azərbaycan Respublikasına ezam edəcək. 

Admiral Xanzadi deyib: Tezliklə bir qrup ölkənin Dəniz Qoşunlarının dalğıclarının iştirakı ilə ilk hərbi dalğıclıq turniri İran ordusunun Dəniz Qoşunlarının ev sahibliyi ilə İranın şimalında Mazandaran vilayətinin Noşəhr şəhərində İmam Xomeyni (rə) Dəniz Elmləri Akademiyasında keçiriləcək.