İyul 31, 2018 19:08 Asia/Baku
  • Azərbaycan Ermənistana qarşı müharibə ittihamı irəli sürdü
    Azərbaycan Ermənistana qarşı müharibə ittihamı irəli sürdü

Azərbaycan Respublikası müdafiə naziri deyib: Ermənistan Dağlıq Qarabağ böhranının dinc yolla həll edilməsi ardınca deyil.

İRİB-in məlumatına görə, general Zakir Həsənov Avropa Birliyinin Cənubi Qafqaz məsələləri üzrə nümayəndəsi Toivo Klaarla görüşdə deyib: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün beynəlxalq hüquq normaları və qaydaları yerinə yetirməli və qeyd-şərtsiz Azərbaycan Respublikasının ərazilərindən çıxmalıdır.

Avropa Birliyinin Cənubi Qafqaz məsələləri üzrə nümayəndəsi də bildirib: Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsi zəruridir.

Azərbaycan Respublikası və Ermənistan arasında 1988-ci ildən Dağlıq Qarabağın mülkiyyəti üzərində ixtilafı vardır. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi indiyədək nəticə verməyib.

Teqlər