Avq 03, 2018 11:44 Asia/Baku
  • APA informasiya portalına giriş bağlanıb
    APA informasiya portalına giriş bağlanıb

Azərbaycan Respublikasının APA informasiya portalına giriş çərşənbə günündən bağlanıb.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Respublikasının rəsmi dairələri və APA xəbər agentliyinin rəhbərliyi hələ ki, xəbər agentliyinin informasiya portalına girişin məhdudlaşdırılmasının səbəblərinə aydınlıq gətirməyiblər. 

APA informasiya agentliyi çərşənbə günü Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Qarabağ əlillərinə mənzillərin verilməsi mərasimindəki çıxışına dair xəbəri "Ermənistanı diz çökdürəcəyik" başlığı ilə dərc etmişdi. Bunun ardınca Azərbaycanın Prezident Administrasiyası bu xəbəri təkzib edərək, İlham Əliyevin belə bir fikir səsləndirmədiyini bildirib. 

APA xəbər agentliyi bu xəbərin yayımlanmasından az sonra prezident İlham Əliyevin çıxışı ilə bağlı xəbərin təhrif olunduğunu etiraf edərək, üzr istəyib. 

"Virtualaz.org" saytı da APA-nın xəbərini olduğu kimi dərc etsə də, Prezident Administrasiyasının reaksiyasından sonra bu xəbəri səhifəsindən götürüb.