Avq 18, 2018 18:54 Asia/Baku
  • İranın stolüstü tennisçiləri Bakıda müştərək məşqlər keçiblər
    İranın stolüstü tennisçiləri Bakıda müştərək məşqlər keçiblər

İranın və Azərbaycan Respublikasının on yaşından aşağı yaş qrupu üzrə stolüstü tennis komandalarının birgə məşqləri avqtustun 8-dən 17-dək Bakıda keçirilib.

İranın, Əmir Əmidinin baş məşqçiliyi ilə səkkiz idmançıdan ibarət idman karvanı Bakıda keçirilən bu müştərək məşqlərə qatılıb.

Əmidi IRIB müxbiri ilə müsahibədə İran idmançılarının bu birgə məşqlərdəki nəticələrindən razılıq edərək, deyib: İran komandasının üzvlərini bir istedadtapma mərhələsində və üç məşq etapında seçdik.

O, bildirib ki, bu müştərək məşqlər İran və Azərbaycan Respublikasının stolüstü tennis federasiyalarının ikitərəfli razılaşmalarına əsasən keçirilib. O, əlavə edib: Beşi oğlan və üçü qız tennisçi olmaqla bütövlükdə səkkiz idmançı ilə bu müştərək məşqlərə qatıldıq və onun nəticələrindən olduqca razı qaldım və xüsusən oğlanlarda özünəinam hissi yaranıbdır.