Sen 10, 2018 09:03 Asia/Baku
  • Hikmət Hacıyev - Azərbaycan Xİ nazirliyinin mətbuat xidmətinin rəhbəri
    Hikmət Hacıyev - Azərbaycan Xİ nazirliyinin mətbuat xidmətinin rəhbəri

Ermənistanın baş nazirinin Qarabağın ölkəsinin nəzarəti altında olmasına dair sözləri Azərbaycan Respublikasının reaksiyasına səbəb olub.

İRNA-nın məlumatına görə, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin Hikmət Hacıyev bazar günü Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Respublikasının ermənilərin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin Ermənistanın bir hissəsi olmasına dair sözlərinə işarə edərək, deyib: Bu sözlər beynəlxalq normaların və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin aşkar formada pozulmasıdır. 

H.Hacıyev əlavə edib: Bu sözlər ATƏT-in Minsk qrupunun Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə dair səyləri və sülh müzakirələrinə zərbə vurur. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri əlavə edib: Ermənistanın yeni rəhbərliyinin Qarabağ münaqişəsinin həllinə dair konstruktiv müzakirə və ya sələfləri kimi militarist mövqe seçdiyi yaxın gələəckdə aydınlaşacaq. 

Nikol Paşinyanın Ermənistanın yeni baş naziri seçilməsi və onun Qarabağ sülh müzakirələrində Qarabağ ermənilərinin də iştirak etməsinə dair səsləndirdiyi fikirlər Qarabağ münaqişəsinin həlli ilə bağlı Bakı və İrəvan arasında fikir ayrılıqlarının dərinləşməsinə səbəb olub. 

 

Teqlər