Sen 18, 2018 10:33 Asia/Baku
  • Rəsmi Bakı İrəvana reaksiya verdi
    Rəsmi Bakı İrəvana reaksiya verdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bildirib: Ermənistanın siyasətləri nəticəsində Qarabağ münaqişəsinin dinc yolla həlli prossesi təhlükə ilə üzləşib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşiniyanın son 3 gün ərzində 3 azərbaycanlı hərbçinin öldürüldüyünə dair iddiasına cavabda bildirib:  Ermənistan prezidenti tərəfindən həqiqətdən uzaq olan məlumatların təqdim olunması İrəvanın Qarabağ münaqişəsinin həlli sahəsindəki mövqeyinin qeyri-konstruktiv olduğunu göstərir. 

XİN Azərbaycanın Müdafiə Nazirliyinin azərbaycanlı əsgərlərin erməni qüvvələr tərəfindən öldürülməsi xəbərini təkzib etmiş olduğunu xatırladaraq bildirib ki, Ermənistan bu kimi informasiyalar yaymaqla vəziyyəti gərginləşdirmək və Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr prossesini əngəlləməyə cəhd göstərir. 

Azərbaycan Respublikası XİN öz bəyanatında bildirir: ATƏT-in Minsk qrupunun həmsədrləri başa düşməlidirlər ki, Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr prossesi Ermənistanın siyasətləri ücbatından təhlükə qarşısındadır.

Teqlər