Sen 19, 2018 13:11 Asia/Baku
  • Səudiyyə qırıcıları Əl-Hüdəydədə bir limanı bombalayıblar
    Səudiyyə qırıcıları Əl-Hüdəydədə bir limanı bombalayıblar

Təcavüzkar Səudiyyə koalissiyasının hərbi təyyarələri Yəmənin qərbində Əl-Hüdəydə vilayətində yerləşən Əl-Huk rayonunda balıqçılıq limanını bombalayıblar.

Təsnimin verdiyi məlumata görə, Səudiyyə koalissiyası hərbi təyyarələri Əl-Təhita rayonuna hücum ediblər. 

Səudiyyə qırıcılarının Əl-Hüdəydə sahillərinə son hücumunda isə 18 yəmənli balıqçı həlak olmuşdu.

Yəməndə fəaliyyət göstərə Mutana hüquq müdafiə təşkilatı bir sənəd yayaraq 2015-ci ildə Səudiyyə Koalissiyasının hücum etdiyi binalarda Amerika istehsalı olan bombaların detallarını nümayiş etdirib. 

Bu təşkilatın araşdırmacıları Yəməndə insan haqlarının pozulması hallarını sənədləşdiriblər və silah ekspertləri bombaların qalıqlarının videosunu hazırlayaraq onların üzərindən onların istehsal olduğu ölkəni müəyyənləşdirirlər. 

ABŞ səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarını yanacaq və informasiya ötürmək eləcə də milyardlarla dollarlıq silah satışı müqavilələri imzalamaqla dəstəkləyir. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı hərbi təcavüzü indiyədək 14 min yəmənlinin ölümü, on minlərlə adamın yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Səudiyyə Ərəbistanı və BƏƏ-nin hərbi hücumu həmçinin Yəmənin ərzaq malları və dərman çatışmazlığı ilə üzləşməsinə səbəb olub.