Sen 19, 2018 19:54 Asia/Baku
  • Xəzərdə Azərbaycan Respublikası və Rusiyanın müştərək hərbi təlimləri keçirilib
    Xəzərdə Azərbaycan Respublikası və Rusiyanın müştərək hərbi təlimləri keçirilib

Bu gün Xəzərdə Azərbaycan Respublikası və Rusiyanın müştərək hərbi təlimləri keçirilib

İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının sərhəd qoşunları Rsusiyanın Dağıstan Muxtar Respublikasının sərhəd qoşunlarının komandanı Aleksi Buerovun başçılıq etdiyi Brillian hərbi gəmisi ilə birgə manevrlər keçiriblər. 

Rusiya və Azərbaycan sərhəd qoşunları Xəzərin ekoloji ehtiyatlarının mühafizəsi, qeyri-qanuni mühacirətlə mübarizə, silah, mal və qeyri-qanuni yük qaçaqmalçılığı ilə mübarizə məqsədi ilə müştərək təlimlər keçiriblər. 

İki ölkənin sərhəd qoşunları həmçinin eyni zamanda Xəzərdə qarşılıqlı əlaqələrin perspektivi və mövcud durumu, ekoloji ehtiyatların mühafizəsi və qeyri-qanuni fəaliyyətlərlə mübarizə yollarını araşdırıblar.