Sen 21, 2018 13:43 Asia/Baku
  • Pezeşkiyan: Aşura bizə mərdliklə yaşamağı öyrədir
    Pezeşkiyan: Aşura bizə mərdliklə yaşamağı öyrədir

İran İslam Şurasının sədr əvəzi deyib: Aşura bizə mərd olmağın və başıuca yaşamağın, düşmən qarşısında baş əyməməyin yolunu öyrədir.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin təsis olunmasının 100 illiyi mərasimində iştirak etmək üçün Bakıda səfərdə olan Məsud Pezeşkiyan dünən axşam iranlıların Əhl Beyt(ə) hüseyniyəsində keçirilən Şame Qəriban mərasimində deyib: İmam Hüseyn(ə) zorakılar qarşısında fədakarlıq, şücaət və azadəlik simvoludur. Xanım Zeynəb(s) isə səbr və cəsarət simvoludur. Biz onlardan necə yaşamalı olduğumuzu öyrənməli və övladlarımıza da onların yolu ilə getməyi öyrətməliyik.

Pezeşkiyan daha sonra İmam Əlidən(ə) nəql etdiyi hədisə əsasən əhd və  peymana sadiq qalmağın önəminə işarə edib və deyib: Aşura həmçinin, bizə İmam Hüseyn(ə) ilə əhdimizə sadiq qalmağı öyrədir.