Sen 22, 2018 17:13 Asia/Baku
  • Azərbaycan R-nın müdafiə naziri Əhvaz terror hadisəsi ilə bağlı başsağlığı verib
    Azərbaycan R-nın müdafiə naziri Əhvaz terror hadisəsi ilə bağlı başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mohəmməd Hoseyn Baqeriyə və İranın müdafiə naziri Əmir Hatəmiyə müraciətlər göndərərək, Əhvaz terror hadisəsində dünyasını dəyişənlər ilə bağlı başlağlığı verib.

Azərbaycan Respublikasının müdafiə nazirinin başsağlığı müraciətində deyilir: Əhvaz şəhərinin hərbi paradında xaincəsinə terror hərəkətləri nəticəsində hərbi və mülki şəxslərin öldürülmələri və yaralanmaları xəbəri mənim böyük narahatçılığıma səbəb oldu. Biz böyük narahatçılıqla bu terror hərəkətini kəskin şəkildə pisləyirik.

Bu hadisədə həyatlarını itirənlər üçün ilahi rəhmət diləyir, onların yaxınları və ailələrinə başsağlığı verir, yaralıların tez bir zamanda sağalmalarını arzu edirik.