Sen 23, 2018 09:42 Asia/Baku
  • Azərbaycan R-nın prezidenti Əhvaz terror hadisəsini pisləyib
    Azərbaycan R-nın prezidenti Əhvaz terror hadisəsini pisləyib

Azərbaycan Respublikasının prezidenti bir müraciətdə İranın Əhvaz şəhərində törədilmiş terror hücumunu pisləyib.

Bir neçə uşaq və qadının daxil olduğu mülkilər və hərbçilərdən bir qrupunun şəhid olması və yaralanması ilə nəticələnən Əhvaz terror hadisəsindən təəssüf ifadə edən İlham Əliyev terrorizmin bütün forma və təzahürləri ilə qətiyyətli mübarizənin vacibliyini vurğulayıb.

Bu hücum zamanı onlarla nəfər şəhid olub və ya yaralanıb. Həmçinin dörd terror amili məhv edilibdir.

London və Ərriyad tərəfindən dəstək alan terrorçu-təkfirçi Ələhvaziyyə qrupu bu terror hücumunun məsuliyyətini üzərinə götürüb.

Bu terror qrupu ötən il də "Yol müsafirləri" məntəqələrindən baxış keçirən karvana hücum etmişdi.